Böyük Turan

30-12-2025, 13:57
Oxunub: 234
Çap et
Böyük Turan

Bizə niyə “azəri” deyirlər?
Ona görə ki,
Soyumuzdan, kökümüzdən uzaq düşək,
Bu qondarma ada
Alışaq, öyrəşək,
Unudaq kim olduğumuzu.
Bu bir oyundur —
Rusun, ingilisin qurduğu oyun.
Çünki biz türk olanda,
Güc alırıq soyumuzdan,
Mete xandan, Alparslandan,
Oğuzların atası — Oğuz xandan.
Bizə “azəri” deyirlər,
Bu fars şovinizminin səsidir.
Halbuki biz biz olanda
Ağqoyunluyıq,
Səfəviyik,
Osmanlıyıq.
Yetməz onların gücü
Türkün birləşən iradəsinə.
Türkün irqi bir olanda
Tarix silkələnir.
Artıq gecdir onlar üçün.
Çünki Turan gəlir —
Böyük Turan!
Qarşısında kimsə dura bilməz,
Çünki o güclüdür.
O, Mete xanın irsidir,
Atillalar yetirən
Böyük türk xalqıdır!

Damət Salmanoğlu,
Bakı.