"Qarabağdan qaçqınların qayıdışı mövzusunu sülh prosesi üçün təhlükəli sayıram" - N. Paşinyan![]() "Qarabağdan qaçqınların qayıdışı mövzusunu sülh prosesi üçün təhlükəli sayıram". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 30-da Avropa Şurası Parlament Assambleyasında (AŞPA) deyib. O, sözügedən qurumda liberal-demokratlar adından çıxış edən avstriyalı deputat Petra Bayerin suallarını cavablayıb. Deputat Paşinyandan soruşub ki, Azərbaycanla sülh prosesi çərçivəsində Qarabağdan olan qaçqınlarla bağlı məsələ, xüsusilə onların əmlakına görə kompensasiya müzakirə olunubmu? Onların mədəni irsinə təhlükə varmı? Paşinyan cavabında bildirib ki, "istənilən müqavilə və ya sülh sazişi hər şeyi əhatə etmir. Amma Ermənistan və Azərbaycan arasında digər məsələlərin müzakirəsi üçün uyğun mexanizmlər və platformaların yaradılmasını nəzərdə tutur". Paşinyan Ermənistan və Azərbaycanın bir-birlərinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə, suverenliyini və sərhədlərin toxunulmazlığını Alma-Ata Bəyannaməsi əsasında tanıdıqlarını xatırladıb. "Qarabağdan olan həmvətənlərimiz Ermənistanda yerləşdirilməlidirlər və Ermənistanda yaşamalıdırlar, Ermənistan vətəndaşları kimi yaşamalıdırlar. Bu, bizim strategiyamızdır", – baş nazir bildirib. |
Son xəbərlər
Xəbər lenti
Təqvim
|