Xocalı faciəsi unudulmur...

26-02-2025, 21:07
Oxunub: 112
Çap et

Astana – 26.02.25. /Türkel Media/: Qazaxıstanın paytaxtı Astanada Azərbaycan səfirliyində Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib. Əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Xocalı faciəsi barədə geniş məlumat verib.Qeyd edib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi şanlı Zəfər bu qanlı hadisənin qurbanlarının ruhunu şad edib. Səfir bildirib ki, Xocalı soyqırımından 33 il keçməsinə baxmayaraq bu yara xalqımızın qəlbini indi də sızladır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının hazırda davam etdiyini diqqətə çatdırıb.

Qazaxıstanın Aktau şəhərindəki baş konsulluğumuzda da Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib.


***
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.Tədbirdə Özbəkistanın elm, mədəniyyət xadimləri, Azərbaycandan gəlmiş qonaqlar, diaspor fəalları iştirak ediblər. iştirakçılar Xocalı faciəsini özündə əks etdirən foto və kitab sərgisinə baxıblar. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxışında 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni işğalçı qüvvələrinin blokada şəraitində olan köməksiz bir şəhərə - Xocalıya ağır texnika, tank və iriçaplı silahlarla hücuma keçdiklərini bildirib. Səfir faciə zamanı həlak olanlarla bağlı konkret faktları göstərib, Xocalı soyqırımının yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət olduğunu xatırladıb.
Tədbirin Sonunda şair İradə Əlilinin özbək dilində tərcümə olunan “Xocalı: Şahidlər danışır” kitabının təqdimatı olub.
*
Qırğız Respublikasındakı Səfirliyimizdə Soyqırımına həsr olunan Heydər Əliyev Fondu tərəfindən çəkilmiş “Xocalıya Ədalət” adlı sənədli film nümayiş etdirilib. Səfir Lətif Qəndilov çıxış edərək, Xocalı Soyqırımı haqqında iştirakçılara geniş məlumat verib, hadisənin səbəbi və nəticələrindən danışıb. O, qeyd edib ki, Xocalı Soyqırımı ermənilər tərəfindən ciddi şəkildə düşünülərək silahsız, mülki azərbaycanlılara divan tutaraq soyqırım əməliyyatı həyata keçirlmişdir. Səfir Xocalıya qayıdışdan da danışaraq, Bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qısa müddətdə aparılan bərpa-quruculuq işlərini vurğulayıb.