Könülləri birləşdirən “Dostluq Körpüsü”nün memarı

10-09-2025, 12:47
Oxunub: 247
Çap et
Könülləri birləşdirən “Dostluq Körpüsü”nün memarı

Könülləri birləşdirən “Dostluq Körpüsü”nün memarı.
Ramiz Abbas oğlu Məşədiyev/Məşədihəsənli
Söz var, könülə yol açar. Elə söz də var, sərhədləri keçər, millətləri birləşdirər. Ramiz Məşədiyev/Məşədihəsənli məhz belə sözün adamıdır – qələmini dostluğa, səsini qardaşlığa çevirən, mətbuatla könüllər arasında körpü salan bir media fədaisidir.
Uzun illərdir ki, efirdə səslənən “Dostluq Körpüsü” verilişi onun imzasını daşıyır. Bu veriliş təkcə jurnalistikanın bir nümunəsi deyil, həm də türk dünyasını bir araya gətirən mənəvi-mədəni layihədir. Ramiz Məşədiyev/Məşədihəsənli bu veriliş vasitəsilə türkdilli xalqların ortaq tarixini, mədəniyyətini, ədəbiyyatını, ictimai həyatını işıqlandırır və xalqlar arasında yeni ünsiyyət yolları açır.

Ramiz müəllimin fəaliyyəti yalnız Azərbaycanda deyil, bütün Orta Asiya coğrafiyasında tanınır və dəyərləndirilir. O, Qırğız Respublikası Parlamentinin və Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzinin üzvü, eyni zamanda Türkiyə Xəbər Agentliyinin Orta Asiya təmsilçisi kimi regionda informasiya siyasətinə yön verən simalardandır.

Onun çoxşaxəli fəaliyyəti türk dünyasının informasiya inteqrasiyasını gücləndirir. Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Ramiz Məşədiyev/Məşədihəsənli, Qazaxıstan Xalqları Assambleyası yanında fəaliyyət göstərən “Baş redaktorlar klubu”nun da fəal iştirakçılarındandır. Bu platformalar vasitəsilə o, jurnalistikanın yalnız informasiya vasitəsi deyil, həm də ideoloji, mənəvi və mədəni körpü olduğunu göstərir.

Ramiz Məşədiyev/Məşədihəsənli jurnalistikanı qələmlə yox, həm də ürəklə icra edən bir şəxsiyyətdir. Onun reportajlarında səmimiyyət, müsahibələrində humanizm, verilişlərində isə ortaq taleyin, ortaq tariximizin nəfəsi duyulur. Bu da səbəbsiz deyil – çünki o, sözün yükünü dərk edən və onu xalqlar arasında sülh, əməkdaşlıq və həmrəylik üçün bir vasitəyə çevirə bilən nadir qələm sahiblərindəndir.

Bugün Ramiz Məşədiyev/Məşədihəsənli yalnız jurnalist kimi deyil, həm də türk dünyasının media elçisi, dostluq və qardaşlıq ideallarının carçısı kimi yadda qalır. Onun səsi, imzası və düşüncəsi hələ uzun illər türk dünyasının vahid informasiya məkanında eşidiləcək və yaşadılacaq.

Ramiz Abbas oğlu Məşədiyev/Məşədihəsənli - 15 may 1958-ci ildə Qərbi Azərbaycanın Kirovakan şəhəri Arçut kəndində anadan olub. O, orta məktəbi 1975-ci ildə bitirdikdən sonra M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub və 1980-ci ildə rejissor-aktyor sənətinə yiyələnib. 1984-1989-cu illərdə İrəvan Dövlət Universiteti ikinci ixtisas kimi jurnalistika fakültəsini/ermənicə/ bitirib.
Həyat fəaliyyəti:
• 1980-1988-ci illərdə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor və rejissor assistenti;
• ⁠1982-1988-ci illərdə Sovet Ermənistanı qəzetində tərcüməçi və ştatdankənar müxbir;
• ⁠1983-1988-ci illərdə İrəvan Dövlət TV radiosunda Azərbaycanca bir saatlıq proqramın 2-ci redaktoru və aparıcısı;
• ⁠1989-cu ildə Azərbaycan Dövlət Teleradiosunda əməkdaş;
• ⁠1989-cu ildə Xankəndində yerli Dağlıq Qarabağ radiosunda mühafizə altında Azərbaycan hökumətinin qərarlarını ermənicə 3 ay yayımlayıb;
• ⁠1993-1995 Az.TV Xəbərlər redaksiyasında böyük redaktor-müxbir;
• ⁠1995-2003 Az.TV ictimai əsaslarla AFR və Mərkəzi Avropa təmsilçisi;
• ⁠2003-2007 Az.TV ictimai əsaslarla Qazaxıstan və Orta Asiya təmsilçisi;
• ⁠2007-ci ildən başlayaraq Qazaxıstan dövlət radiosu – Türkcə və Azərbaycanca efirə çıxan verilişlərin müəllifi və aparıcısı;
• ⁠2007-ci ildə Dünya Ahıska Türkləri Mətbuat Mərkəzinin həmsədri;
• ⁠2007-ci ildən başlayaraq Qazaxıstan Azərbaycanlarının "Vətən" qəzetinin baş redaktoru;
• ⁠2005-ci il - "Türkel" qəzetinin və "Türkel ekspress" əlavə qəzetinin baş redaktoru;
• ⁠2007-ci il "Altın körpü" jurnalının baş redaktoru;
• ⁠2017–ci il Azərbaycan Prezidentinin çağırışına cavab olaraq qurulan Almatı və Bişkek Mərkəzli Golden Bridge News Xəbər Agentliyinin baş redaktoru;
2003-cü ildən başlayaraq Manas TV Radiosunda Dostluq Körpüsü 1 saatlıq proqramın aparıcısı və redaktoru;
2018-ci ildən başlayarak Türkiyənin Tek Rumeli TV və Bengü Türk TV Orta Asiya və Qafqazlar şöbəsinin təmsilçisi;
2018-ci il iyun ayından başlayaraq Qırğız Dövlət TV PİRAMİDA həftəlik Dostluq Körpüsü verilişinin aparıcı-müəllifi Qırğız Parlamenti və Xarici İşlər Nazirliyi Mətbuat Mərkəzinin üzvü,
Qırğız Respublikasının Əməkdar Mədəniyyət Xadimi, TÜRKSOY Laureatı Hökümə Xəlilova ilə birgə qurduqları, TÜRKEL Media tərkibində olan Dostluq Körpüsü proqramını, (PİRAMİDA) indiki TV-15.
Türkiyə Xəbər Agentliyinin Orta Asiya təmsilçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qazaxıstan Xalqları Assambleyası yanında "Baş redaktorlar klubunun" üzvü; Ramiz Məşədiyev/Məşədihəsənli "Xocalı soyqırımı"(qırğızca), "Sürgün", "İçimdə ağlayan Krım", "Pridçenko-100" kitablarının, "Həyatın içindən-Ahıska sürgün"”, "İnsan və Əmək"”, "Keçmişi olmayanın gələcəyi yoxdur" və onlarla qısametrajlı filmlərin rejissoru və müəllifidir.
2021-ci ilin payızından Qırğız Dövlət TV Piramida kanalının mərkəzi Bakı şəhəri olmaqla Azərbaycan, Gürcüstan və Türkiyə üzrə nümayəndəliyinin həmsədri.
Ramiz Məşədiyev/Məşədihəsənli ailəlidir.
Mükafatları:
• 1992-ci il Azərbaycan Müdafiə Nazirliyinin "Şah İsmayıl Xətai" adına Fəxri Fərman mükafatçısı.
• ⁠2007–ci il Qırğızıstan Hökumətinin Fəxri Fərmanı
• ⁠2008-ci il Qırğızıstan XİN Fəxri Diplomu
• ⁠2012–ci il TÜRKSOY Mükafatı laureatı
• ⁠2014–cü il Qazaxıstan Prezidenti imzası ilə Təşəkkürnamə
• ⁠2015–ci il Qazaxıstan Prezidentinin Fərmanı ilə Xalqlar Assambleyası 20 illik medalı
• ⁠2016-cı il Rusiya Federasiyası Olimpiya Medalı
• ⁠2016-cı il Qırğızıstan Özbək Milli Mərkəzi Qızıl Medalı
• ⁠2016–cı il Qırğızıstan Xalqları Assambleyası Fəxri Fərmanı
• ⁠2017-ci il TÜRKSOY 2-ci dəfə Mükafatı
• ⁠2017–ci il Qazaxıstan Xalqları Assambleyası Fəxri Fərmanı
• ⁠2018-ci il Dünya Generalları Sülh Uğrunda Beynəlxalq Təşkilatı Mətbuat Xidmətinin Qırğızıstan üzrə həmsədri,
• ⁠2018-ci il Dünya Generalları Sülh Uğrunda Beynəlxalq Təşkilatının Bayrağı Mükafatı.
• ⁠2021-ci il Qırğızıstan Ala-Too Qadınları Təşkilatının "Alımbek Datka" Ordeni
• ⁠2021-ci il Qırğız Dövlət Piramida TV "30 illiyi" münasibətilə mefalı.
• ⁠2021-ci il Özbəkistandakı H.Əliyev adına Mədəniyyət Mərkəzinin “Türk dövlətləri arasında dostluq və həmrəyliyi geniş təbliğ edən ilin ən fəal jurnalistləri” nominasiyasının qalibi.

Hazırladı: Şakir Məmmədov