Balakənə səfər edərkən...

30-09-2025, 10:02
Oxunub: 78
Çap et

Balakən – 30.09.25. Hökümə Xəlilova, Ramiz Məşədihəsənli /Türkel Media/: Bu yay Azərbaycanın cənnətməkan və füsunkar təbiətli Balakən rayonuna səyahətə getdik. Respublika prokurorluğunun təqaüddə olan sabiq əməkdaşı Qumru xanımın təşəbbüsilə. Əvvəllər gördüyüm Balakəni indi tanıya bilmədim. Çox gözəlləşmiş, böyümüş və yenilənmişdi. Xatırladım ki, burada əsasən avarlar məskunlaşıb.

1965-ci ildə şəhər statusu alan Balakən Gürcüstan sərhədinin yaxınlığında, Yevlax-Laqodexi şosesində üzərində yerləşir. Qışda da, yayda da buralar yam-yaşıldır. Sahibkar Rafael qardaşımızın qonağı olduq. Sonra onun fındıq bağlarına yollandıq. Sağlığına qismət olsun. İndi bol-bol məhsul əldə edib...

Diqqətimizi Qanıxçayın bir qolu olan Balakən çayı çəkdi. Şərif kəndinin qarşı tərəfinə nəqliyyat vasitəsilə keçmək müşkül məsələdir. Asma körpü vasitəsilə buranın sakinləri hər gedib-gələndə təhlükə ilə üzləşirlər. Xüsusilə indi məktəbə üz tutan uşaqlar.
Birtəhər qarşı taya keçdik qıl körpüsündən. Öyrəndik ki, hazırda sel sular o körpücüyü də yuyub aparıb.

- Sinxron.
Öyrəndik ki, keçən il dekabrın 26-da Qazaxıstanın Aktau yaxınlığında Rusiya tərəfindən vurularaq düşürülən AZAL-a məxsus sərnişin təyyarəsində həlak olan 38 sərnişindən üçü Balakəndəndir. Baxın, bu ailədəndilər. Həyətin gözəllikləri təyyarədə həlak olan ibrahim, Raşid Glstarovlar və Rəna Yeznayevasız boynu bükük qalıb.
Ailənin ağbirçəyi Ayşə xanım göz yaşlarını zorla tutub bildirdi ki, hadisə baş verən gündən yerli qurumlar ailənin yanında olub, bütün qayğılarımızla ilə maraqlanıb. Dəfn mərasimindən sonra bir çox dövlət təşkilatlarının nümayəndələri başsağlığına gələrək, onların qayğılarına diqqət yetiriblər.

Ayşə xanım problemlərinin yalnız bu taya keçmələri üçün körpü salmanın vacibliyini dedi.

Əlbəttə, konkret olaraq heç kimi borclu saymırıq. Ancaq bəlkə bu süjetimizi görüb dəstək olmaq istəyənlər tapıla.