İLHAM HEYDƏR OĞLU - ŞANLI SƏRKƏRDƏ![]() Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”. İLHAM HEYDƏR OĞLU - ŞANLI SƏRKƏRDƏ Xilaskar Ordunun çarpan ürəyi, Millətin, dövlətin məslək - diləyi, Zəfərə apardı qətiyyət - səyi!.. İlham Heydər oğlu - Şanlı Sərkərdə! Vətən Savaşının Döyüş Bayrağı, Azad Qarabağın müjdə - sorağı, Yağıları yenən Vətən Yarağı - İlham Heydər oğlu - Şanlı Sərkərdə! Ali Baş Komandan - Ali Baş Əsgər, Qarabağ uğrunda hər kəs səfərbər! Əsgərə komandan, xalqına rəhbər - İlham Heydər oğlu - Şanlı Sərkərdə! Mübarizlik ruhu Türk xislətində, Ərənlik - ululuq ər qüdrətində, Müzəffər qüvvəti el vəhdətində - İlham Heydər oğlu - Şanlı Sərkərdə! Adilsən, aqilsən, şərəfim, Şahım! Səngiyir köksümdə Qarabağ ahım... Əzəmət, əzminlə coşub ilhamım, İlham Heydər oğlu - Şanlı Sərkərdə! Tapdıq Əlibəyli |
Son xəbərlər
Xəbər lenti
Təqvim
|