İLHAM HEYDƏR OĞLU - ŞANLI SƏRKƏRDƏ
12-08-2025, 09:00. Разместил: admin

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”.
İLHAM HEYDƏR OĞLU - ŞANLI SƏRKƏRDƏ
Xilaskar Ordunun çarpan ürəyi,
Millətin, dövlətin məslək - diləyi,
Zəfərə apardı qətiyyət - səyi!..
İlham Heydər oğlu - Şanlı Sərkərdə!
Vətən Savaşının Döyüş Bayrağı,
Azad Qarabağın müjdə - sorağı,
Yağıları yenən Vətən Yarağı -
İlham Heydər oğlu - Şanlı Sərkərdə!
Ali Baş Komandan - Ali Baş Əsgər,
Qarabağ uğrunda hər kəs səfərbər!
Əsgərə komandan, xalqına rəhbər -
İlham Heydər oğlu - Şanlı Sərkərdə!
Mübarizlik ruhu Türk xislətində,
Ərənlik - ululuq ər qüdrətində,
Müzəffər qüvvəti el vəhdətində -
İlham Heydər oğlu - Şanlı Sərkərdə!
Adilsən, aqilsən, şərəfim, Şahım!
Səngiyir köksümdə Qarabağ ahım...
Əzəmət, əzminlə coşub ilhamım,
İlham Heydər oğlu - Şanlı Sərkərdə!
Tapdıq Əlibəyli
Вернуться назад