Pedaqoji Universitetdə qadınlarla bağlı konfrans

2-12-2025, 15:02
Oxunub: 91
Çap et

Bakı – 02.12.25. Hökümə Xəlilova, Ramiz Məşədihəsənli /Türkel Media/: Azərbaycan Dövlət Pedaqoji Universitetində "SÜLH VƏ REİNTEQRASİYA PROSESİNDƏ QADINLARIN İŞTİRAKI: MİLLİ VƏ BEYNƏLXALQ MEXANİZMLƏR” MÖVZUSUNDA KONFRANS keçirilib.
Pedaqoji Universitetdə qadınlarla bağlı konfrans

Konfransın açılışında çıxış edən universitetin rektoru Cəfər Cəfərov tədbirin mövzusunun əhəmiyyətindən danışıb və qadınların təhlükəsizlik sahəsində fəal iştirakını vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında Azərbaycanda qadınların hüquqlarının müdafiəsindən, bütün məsələlərin sülh yolu ilə həll olunmasında qadınların rolundan, cəmiyyətdə fəal iştirakındandanışaraq, qadınların fəaliyyətini yüksək qiymətləndirib.

Azərbaycan Milli Məclisinin deputatları Hikmət Babaoğlu, Məlahət İbrahimqızı, Mehriban Vəliyeva, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Mahirə Hüseynova, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və hüquq elmləri rektoru Zahid Cəfərov çıxışlarında eyni zamanda “Qərbi Azərbaycanın tarixi və mədəni irsi dünya mirasının tərkibidir», “Qərbi Azərbaycanda qadınların maarifçi hərəkatı” mövzularında məsələlərdən danışdılar.

Mehriban Vəliyeva və Mahirə Hüseynovanın «TÜRKEL« Media qurumuna verdiyi müsahibələr…

Konfransda Türkiyə, Kanada və Niderlanddan video-format yolu ilə çıxış edənlər də oldu.