Şəhid adı çəkiləndə küləklər dayanar, dağlar susar, quşlar səmada qanadını ehtiramla çırpar![]() Anım günü Sükutun bağrında yanır bir işıq, qanla yazılıb torpağın duası. Bir ana gözündə dəniz-dəniz həsrət, bir bayraq sinəsində qürurla dalğalanır. Şəhid adı çəkiləndə küləklər dayanar, dağlar susar, quşlar səmada qanadını ehtiramla çırpar. O günlər.. odun, barıtın, fəryadın günləri, amma həm də qələbənin, ayağa qalxan Vətənin günləri. 44 günün yolu – bir millətin taleyi qədər uzun, bir şəhidin nəfəsi qədər qısa. Canını Vətənə verənlərin adı min illərin yaddaşında yaşayır. Bu gün torpaq gül açır onların xatirəsinə, səma dua oxuyur, ürəklər titrəyir. Anım günü dərdin adı deyil, şərəfin çağırışıdır. Şəhidlər – əbədi zirvədə, biz isə onlara borcluyuq,böyük qələbədə.. ![]() Damət Salmanoğlu |
Son xəbərlər
Xəbər lenti
Təqvim
|