Cənnətməkan Balakən...
8-09-2025, 09:22. Разместил: admin
Bakı – 08.09.25. Hökümə Xəlilova, Ramiz Məşədihəsənli /Türkel Media/: Beynəlxalq Türkel media qurumu olaraq Rusiya(Dağıstanla) və Gürcüstanla həmsərhəddə yerləşən və 1930-cu ildə yaradılan Balakən rayonuna bir neçə günlüyə səfər etdik.
Balakən 1 şəhər, 1 qəsəbə və ümumi sayı 57 olan kənd yaşayış məntəqələri kənd inzibati ərazi dairələrinə daxildir. Burada azərbaycanlılarla yanaşı, avarlar, ləzgilər, inqiloylar, gürcülər, ruslar, dağ yəhudiləri yaşayır.
Balakən çoxsahəli təsərrüfata malikdir. Burada tütünçülük, baramaçılıq, arıçılıq, daha çox inkişaf edib. İqtisadiyyatında heyvandarlıq və taxılçılıq da mühüm yer tutur. Balakən Azərbaycanın ən çox qarğıdalı tədarük edən rayonudur. Rayonda tütün fermentləşdirmə, konserv zavodları, fındıq emalı müəssisəsi, kərpic zavodu, istehsalat və meşə kombinatları var.
Maraqlıdır ki, dünyada Şuşadan başqa heç yerdə bitməyən xarıbülbül adlı məşhur gül Balakən rayonunda bitir.
Ən iri çayları Qanıx (Alazan), Balakənçay, Katexçay və Mazımçaydır.
İnsanları çox mehriban və qonaqpərvərdir.
Azərbaycan prokurorluğunun sabiq işçisi Qumru xanım Orucovanın qatılımı ilə səfərimiz yüksək səviyyədə keçdi və qonaq olduğumuz milliyyətcə avar olan, demək olar ki, Bakı da daxil bir çox bölgələri bəzək ağacları ilə təmin edən Rafael qardaşımızın qonağı olduq. Rafaelin təsərrüfatını gəzdik. Sağlığına qismət olsun böyük fındıq bağı var. Məhsulu da boldur. Bərəkətli olsun.
Rafaellə söhbətimizdən:
Ailə üzvlərinin təsərrüfatın inkişafında və uğurlarında rolu böyukdür.
Ailə üzvləri ilə Hökümə Xəlilovanın müsahibəsi:
Balakəndə apardığımız digər çəkilişləri sizə təqdim edəcəyik.
Вернуться назад