DataLife Engine > Gündəm / Siyasət > #YAP və #TAİB təmsilçiləri Qarabağ Universitetini ziyarət ediblər

#YAP və #TAİB təmsilçiləri Qarabağ Universitetini ziyarət ediblər


15-07-2025, 21:01. Разместил: admin
#YAP və #TAİB təmsilçiləri Qarabağ Universitetini ziyarət ediblər

Qarabağda səfərdə olan Türk Ağsaqqalları İctimai Birliyi - TAİB Təmsilçiləri bu gün Xankəndi şəhərində Qarabağ Universitetini ziyarət ediblər. Qonaqları Universitetin rektoru Şahin Bayramov qarşılayıb, təhsil ocağının fəaliyyəti, tətbiq olunan yeniliklər və qarşıdakı planlar barədə ətraflı məlumat verib. TAİB təmsilçiləri Universitetin kitabxanası, auditoriyaları və laboratoriyaları ilə də tanış olublar.

Qeyd edək ki, Qarabağa (Xankəndi, Şuşa, Laçın) səfər Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı və Türk Ağsaqqalları İctimai Birliyinin birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik İli çərçivəsində, Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 56-cı ildönümü münasibəti ilə gerçəkləşdirilib.




Вернуться назад