Ey Qərbi Azərbaycanım!
13-07-2025, 12:27. Разместил: admin
Hökümə Xəlilova
Qırğız Respublikasının Əməkdar
Mədəniyyət xadimi, TÜRKSOY laureatı
Uluların məskənisən,
Yetişdirdin məhz məni, sən.
Qurdun qəlbdə məskəni sən
Sənə qurban mənim canım,
Ey Qərbi Azərbaycanım!
Bilirəm ki yaralısan,
Övladından aralısan,
Kim soruşdu haralısan?
Dedim:- İrəvan məkanım
Ey Qərbi Azərbaycanım!
Sən bir gözəllik bağısan,
Düşmənlərə göz dağısan.
Azərbaycan torpağısan,
Səni necə mən yad sanım?
Ey Qərbi Azərbaycanım!
Sənsiz qəlblər qalıb dağlı,
Günlər vardı, gözəl çağlı.
İndi qalıb yollar bağlı,
Tikanlı sim, hər bir yanım,
Ey Qərbi Azərbaycanım!
Yatıram, yuxumda sənsən,
Varımda, yoxumda sənsən.
Ən gözəl qoxum da sənsən,
Canı necə sənsiz sanım?
Ey Qərbi Azərbaycanım!
Ayrılıq düşdü hayandan?
Ayırdılar canı candan...
Zamandır! Ta gəl oyan, can,
Niyə susub, çılğın xanım?
Ey Qərbi Azərbaycanım.

Вернуться назад