DataLife Engine > Gündəm / Siyasət > M.Asiya ölkələrinin media forumu keçirilib...

M.Asiya ölkələrinin media forumu keçirilib...


17-04-2025, 23:45. Разместил: admin
Qazaxıstanın paytaxtı Astanada II Mərkəzi Asiya Media Forumu keçirilib. Tədbirdə Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Azərbaycan, Tacikistan, Türkmənistan, eləcə də Böyük Britaniya, Çin, Qətər, Rusiya və digər ölkələrdən media şirkətlərinin rəhbərləri, jurnalistlər, beynəlxalq təşkilatların nümayəndələri və nüfuzlu ekspertlər də daxil olmaqla 700-dən çox iştirakçı bir araya gəlib.
Forumun məqsədi Mərkəzi Asiya mediası ilə beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığı gücləndirmək, rəqəmsal transformasiyanın regional informasiya məkanına təsirini, eləcə də iqlim dəyişikliyi və geosiyasi qeyri-sabitlik kimi qlobal çağırışları müzakirə etməkdir.
Forumda Mərkəzi Asiya ölkələrinin informasiya nazirlərinin görüşü olub. Qazaxıstanın mədəniyyət və informasiya naziri, Özbəkistan, Qırğızıstan, Tacikistanın media strukturlarının rəhbərləri çıxış edərək birgə media layihələrinin yaradılması və humanitar əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd ediblər.
Ölkəmizi forumda təmsil edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov çıxıında Azərbaycanın Orta Asiya ölkələri, xüsusilə də Özbəkistan və Qazaxıstan ilə davamlı media əlaqələrindən bəhs edib. Orta Asiya ölkələri ilə birgə layihələrin mövcudluğuna toxunan Əhməd İsmayılov qeyd edib ki, Qazaxıstan və Özbəkistanla imzalanan memorandumlar və digər əməkdaşlıq sənədləri əsasında artıq birgə platformalar fəaliyyət göstərir.
Forumda Mərkəzi Asiyada qarşılıqlı informasiya fəaliyyətinin daha da gücləndirilməsi və media əməkdaşlığının inkişafı üçün birgə layihələr müzakirə edilib.

[titr]
[title] AYQERİM XALİ
[title2] TOP PRESS İA QAZAXISTAN NÜMAYƏNDƏSİ
[/titr]
- Əvvəlcə onu deyim ki, ortaq televiza qurulması layihəsinin həyata keçirilməsi çox təqdirəlayiq haldır. Öncə Türk Dövlətlərinin, sonra da Mərkəzi Asiya respublikalarının. Qlobal əhəmiyyətə malik bu layihənin gerçəkləşməsi mühüm hadisə olacaq və bizlər ölkələrimizdə hansı hadisələrin baş verdiyindən dərhal xəbər tutacağıq. Hansı səpkidə xəbər olursa olsun. İkincisi isə, bir-birimizlə geniş təcrübə mübadiləsi aparmaq imkanına malık olacağıq. Təbii ki, jurnalistlər, bloqerlər, şərhçilər təcrübə mübadiləsi apara biləcəklər, bir-birinə yardımçı olacaqlar. Məncə informasiya dünyası sərhəd tanımır.

[titr]
[title] BİBİGÜL KULAMAN
[title2] MEDİA FORUMUN TƏŞKİLAT KOMİTƏSİNİN ÜZVÜ
[/titr]
- Bu forum sayca ikincidir. 1000-dən çox iştirakçı qeydə alınıb. Media spikerliyi Mərkəzi Asiya, Yaxın və uzaq ölkələrin media təmsilçiləri aparırdı. 30-dan çox aparıcı olan təcrübəli media-ekspertlər, öz peşələrinin ustaları medianın gündəmini bütünlüklə analiz edə bildilər. Ən çox müzakirə olunan məsələlər rəqəmsal transformasiya, süni intellektin jurnalistikaya təsiri, sosial şəbəkələrin artan təsiri, saxta məlumatlarla bağlı problemlər və regionun media məkanında əməkdaşlığın genişləndirilməsi yolları idi. Mərkəzi Asiya və digər ölkələrdən olan jurnalistlər çoxlu sayda təkliflər irəli sürərək, geniş fikir mübadiləsi apardılar. Xüsusilə Qazaxıstan Respublikasının Mədəniyyət və informasiya naziri Aida Balayevanın Mərkəzi Asiya üçün Beynəlxalq Jurnalistika akademiyasının yaradılması təklifi böyük maraqla qarşılandı.

[titr]
[title] TEMİRLAN NURSULTANOV
[title2] JURNALİST
[/titr]
- Keçirilən Beynəlxalq tədbirin intellektual səviyyəsi bir jurnalist olaraq ürəyimdən xəbər verdi. Sanki gedişatın özü bir dərs idi. Ən çox isə etik qaydaların qabarıq şəkildə hər mövzuda özünü göstərməsi təqdirəlayiq hal hesab olunur. Xaricdən gələn ekspertlərin çıxışları və gənc jurnalistlər üçün verdiyi ustad dərslərin bizlərə faydalı olacağı şübhəsizdir. Dərslərə qatılan çoxlu sayda tələbələrin də təcrübə qazanacaqları mühüm sayıla bilər.

Bu forum beynəlxalq əlaqələrin qurulması və Mərkəzi Asiyada informasiya fəaliyyətinin təşviqi üçün platforma rolunu oynayır.


Вернуться назад