Aktauda Zəfər bayramı qeyd olunub
10-11-2025, 16:50. Разместил: admin
Aktau – 10.11.25. /Türkel Media/: Zəfər Gününün beşinci ildönümü ilə bağlı Aktau şəhərində bayram tədbiri keçirilib.
Tədbirdə Manqistau Vilayət Maslixatının sədri, vilayətin Xalq Nəzarəti Şurasının sədri, Aktau şəhər akimliyindən, Türkiyə, İran, Özbəkistan və Türkmənistanın Aktaudakı baş konsulları, konsulluğun əməkdaşları, Azərbaycan diasporunun üzvləri, KİV-ləri nümayəndələri iştirak ediblər.
İştirakçılar öncə Vətən Müharibəsini özündə əks etdirən fotosərgi ilə tanış olublar. Sonra baş konsul Ayxan Süleymanlı, Manqistau Vilayət Maslixatının sədri Janbırbay Matayev və başqaları çıxış ediblər.
Çıxışlardan sonra bədii hissə təşkil olunub. Azərbaycanın və Qazaxıstanın milli rəqsləri ilə konsert proqramı təşkil edilib.
Вернуться назад